Paylaş

Kişilər gözəl qadınları sevir, ancaq saxta deyil, təbii olanları. Kişilərin qadın baxımından heç bir şey anlamadığını düşünsəniz də, əslində kişilər belə işlərdə daha diqqətlidir. Üstəlik, bəzi baxım qaydaları var ki, onlara heyrandırlar və sevdiyi xanımda da eynisini görmək istəyirlər. kishi.az aile.lent.az-a istinadən kişilərin sevdiyi baxım nümunələrini təqdim edir.

Əl baxımı: Qadınlar uzun və rəngarəng dırnaqları sevsə də, kişilərin qısa və daha yumşaq rəngli dırnaqlardan xoşları gəlir. Baxımlı əllərə heç vaxt “yox” deməyən kişilər, tünd və daha rəngli dırnaqlar yerinə, daha sadə və təbii görünüşlü əlləri sevir.

Saç rəngi: Təbiiliyin tərəfdarı olan kişilər, söhbət saç rəngindən gedirsə, onda da təbilliyə üstünlük verirlər. Saçlarda diqqət çəkən rənglərdən xoşlanmayan kişilər dəri rənginin əksinə istifadə edilən rəngləri də sevmirlər. Tünd dərili qadınlarda sarı saç görməyi heç xoşlamırlar.

Ətir: Qadınların imzası sayılan ətirlər kişilər üçün olduqca mühümdür. Qadınlarda ətir qoxusuna heyran olan kişilər eyni zamanda saçlardan gələn şampun və ya duş sonrası yayılan sabun, bədən gelinin qoxusuna da heyrandırlar.

Şıq geyimlər: “Kişilər modadan nə anlayır ki?”, – deyə düşünməyin. Unutmayın ki,  kişilər hər zaman yanındakı qadının şık görünməsini istəyir. Onlar az dekolteli, az detallı rahat geyimləri daha çox bəyənir. Kişilər üçün üzərində yeriməkdə çətinlik çəkdiyiniz nazik dabanlı ayaqqabıdansa, rahat ayaqqabı daha cəzbedici görünür.