Paylaş

Çoxlarının sevimlisi olan türkiyəli aktyor Kıvanç Taylıtuğun ideal bədən quruluşuna necə nail olduğu hamıya maraqlıdır.
“Aşkı- Memnu” filmindən sonra daha da məhşurlaşan Kıvanç dəvət olunduğu “Kuzey Güney” filmindəki Kuzey obrazını canlandırmaq üçün arıqlamalı idi. Bunun üçün məşhur ilk olaraq dörd ay ərzində hər gün ən az iki saat boksla məşğul olmağa başlayır.
Bu zaman yalnız boks təhsilinin kafi olmayacağını anlayan Tatlıtuğ qarnından və artıq kilolarından xilas olmaq üçün diyetoloq və məşqçisi ilə razılaşır. Çünki məşhurun məqsədi yalnız arıqlamaq deyil,eyni zamanda əzələ yığmaq və güclü görünmək idi.
Bu məqsədinə nail olmaq üçün o həm də yeni qidalanma reseptindən istifadə etməyə başlayır. Bu reseptin tərkibinə gündə üç dəfə ağ ət və proteinli yeməklər daxil idi. Günorta toyuq, axşam qızıl balıq, vaxtaşırı isə qoz, əncir kimi çərəzlər və qaynadılmış tərəvəz qəbul edilməli idi.
O bir tərəfdən hər gün idman edir, ağır boks məşqlərini davam etdirir, digər tərəfdən isə diyetini saxlayırdı. Nəticədə yeni qidalanma proqramına başladıqdan iki ay sonra o 11 kilo arıqlamağı bacardı.
Kıvanç hər gün axşam 10 və ya 11-də yatır, səhər 7-də qalxaraq mineral və vitaminlər qəbul edirdi. Daha sonra o, qidalanma proqramından çörək, makaron, süd və süd məhsullarını çıxardı.
Eyni zamanda Kıvanç bir çox aktyorun yaşadığı nizamsız gecə həyatından uzaq durmağı bacardı. Gündə ən az səkkiz saat yuxu qaydasını müvəffəqiyyətlə tətbiq etdi, spirt və siqareti tərgitdi.
Beləliklə tanınmış aktyor istədiyi ideal bədən ölçüsünə sahib oldu.