Paylaş

Hər kəsin evində köhnə və ya çoxdandır istifadə etdildiyi üçün dəyişdirmək istədiyi, amma atmağa əli gəlmədiyi stulları var. Bu zaman o stullara yeni görünüş verərək daha yaxşı vəziyyətə sala bilərsiniz. Bu işi necə edəcəyimizi isə bizə  Vasif usta öyrədəcək. Vasif usta artıq 27 ildir ki, mebel istehsalı və təmiri ilə məşğuldur. Onun dediklərinə görə, insanlar təzə mebel düzəltdirməkdən daha çox, köhnə mebellərini təmir etdirməyə üstünlük verirlər. Çünki belə mebellər həm ucuz başa gəlir, həm də həmin əşyaların onlara kimdənsə yadigar qaldığı üçün atmaq istəmirlər.