“Kompüterlərin birinci təhlükəsi tozdur”

Paylaş

Kompüterlər həyatın ayrılmaz hissələrindən birinə çevrilib. Gündəlik kompüterlər vasitəsilə məlumat alır və onu paylaşırıq. Lakin bəzən kompüterlər viruslar nəticəsində zərər görür və lazımlı olan məlumatlar silinir.

Kompüter mühəndisi və proqramçısı Füzuli usta kompüterləri viruslardan qorumağın yolları haqqında danışır. O, bildirir ki, viruslara görə itən məlumatları geri qaytarmaq mümkündür:

“Kompüterləri viruslardan qorumaq üçün antivirus proqramları mövcuddur. Yalnız antivirusun köməyi kifayət etmir. İstifadəçinin özü də kompüterini qorumalıdır. Normal halda sərt diskdə olan məlumatlar itmir. Sərt diskin özü zədə görsə də, laborotoriya şəraitində sərt diskin detal baxımından təmir olunması mümükündür. Təmir olunmadıqda sərt disk dəyişdirilir. Lakin yaddaşda həmin məlumatlar qalır. Hətta format olunsa belə, məlumatlar itmir. Hətta noutbuk zədə görübsə və sınıbsa, məlumatları sərt disk vasitəsilə geri qaytarmaq olur”.

IMG_7690hazır

Usta həmçinin, kompüterlərin uzun ömürlü olması üçün edilməli olanları açıqlayır. O, bildirir ki, kompüterlərin birinci təhlükəsi tozdur:

“Kompüterlərin “donmaması” üçün profilaktika deyilən sistem var. Profilaktika stolüstü kompüterlərdə və noutbuklarda müxtəlif olur. Çalışmaq lazımdır ki, kompüterləri tozdan uzaq saxlayaq. Zavoddan yeni gəlmiş kompüterlərə rəsmi 1 il zəmanət verirlər. Bu da o deməkdir ki, 1 ildən sonra kompüterin yaxşı işləməsi üçün nəsə edilməlidir. Stolüstü kompüterləri tozsoranlar vasitəsilə təmizləmək mümkündür. Stolüstü kompüterlərin  xüsusi termo məcunları mövcudur ki, bunlar təmizlənməlidir. Noutbuklarda isə fərqlidir. Noutbuk sökülür və daxilində olan termolent və termo məcun deyilən hissələr təmizlənir. Bunlarla yanaşı kompüterlərdə pər, yəni hava çıxan hissə vardır ki, burada bir müddətdən sonra toz yığılır kompüterin işləmə gücünü zəiflədir. Bu hissə tam təmizlənməlidir ki, kompüterin istifadə müddəti uzansın. Bunlar edilmədikdə kompüterlərin işləmə müddəti azalır”.