Paylaş

Avtomobillərin kondisionerinə qaz vurdurarkən diqqətli olun. Çünki bir sıra xidmət mərkəzlərində avtomobillərə Çin istehsalı olan qaz vurulur.

Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz freonlar həm avtomobilə ziyan vurur, həm də insan səhhəti üçün zərərlidir. Freon qazlarının 1 kiloqramının vurulma qiyməti 30-60 manat arasında dəyişir. Bu qiymət onun istehsal olunduğu ölkədən asılı olaraq dəyişir.

Ustaların sözlərinə görə, ən keyfiyyətsiz kondisioner qazları Çində istehsal olunanlardır. Ona görə də qiyməti ucuzdur. Mütəxəssislər bildirirlər ki, Çin istehsalı olan freonlar avtomobilə ziyan vura bilər, həm də bu qaz daha tez bitir. Kondisionerə vurulan keyfiyyətsiz qaz böyrəyində və ciyərlərində problem olan insanlar üçün təhlükəlidir.
Mütəxəssislər sürüclərə avtomobilin kondisionerinə qaz vurdurarkən onun istehsal və son istifadə tarixinə, eləcə də istehsal edildiyi ölkəyə diqqət etməyi məsləhət görürlər.

Avtosfer.az