Paylaş

May ayının 20-də ETÜD Cafe & Bar-da musiqiçi bəstəkar Qara Dərvişin  “Yorğun” adlı konserti olacaq.

Kishi.az xəbər verir ki, Qara Dərviş konsert hazırlıqlarının davam etdiyini bildirib:

“Konser hazırlıqları son sürət davam edir. Artıq gecə də, gündüz də məşq edirik. Eyni zamanda konsertdən sonra bir surprizim olacaq, ona hazırlaşıram. Yeni mahnı “Yalan həqiqət”in elanını vermişdim. Artıq metal mahnılara geri qayıdıram. Rock musiqisinə yenidən başlamışam, geri qayıtdım deyə bilərəm. Uzun müddət rock musiqisi ilə Qara Dərviş kimi ifalarım olacaq. Biletlərin hamısı satılıb. Əlavə biletlər də istəyirlər. Təəssüf ki, məkan balaca olduğuna görə əlavə biletlər etmirik. Çünki risklidir. Gəlib yer tapa bilməyəcəkləri üçün dinləyiciləri narazı göndərmək istəmirik. Onlar üçün yenidən konsert təşkil edəcəyik”.

Qara Dərviş həmçinin konsertdə ifa edəcəyi mahnılardan da söz açıb:

“Əvvəl öz mahnılarımdan ibarət konsert keçirtmək istəyirdim. Mənə gələn çoxsaylı təkliflər, xahişlər var idi. Bəzi dinləyicilər müəyyən bəstələr var ki, sevirlər və mənim ifamda dinləmək istəyirlər. Aranjıman formasında istəyirdilər. Lakin hər mahnını aranjıman etmək, müəllif hüquqları ilə məşğul olmaq çox riskli işlər olduğu üçün konsertdə mahnıları canlı ifa edəcəm. Məhşur bəstələrdir. İçində 70-80-ci, 90-cı, 2000-ci ilin məhşur mahnıları var. Oxuyub aranjeman etmək istədiyim bəstələr də var idi ki, 1-ci albomda siyahıya daxil etməyə imkan tapmamışdım. Bu mahnıların hamısını zaman-zaman konsertlərdə ifa edirəm. Yarı-yarıya ifalar olacaq. Yarısı Qara Dərviş bəstələri, yarısı klassik mahnılar olan 12-15 mahnı olacaq”.