Paylaş

Böyük Britaniya kraliçası II Yelizavetanın sevgi məktubu satışa çıxarılıb. Məktub 60 min lirə (31 min 650 manata) satılıb.

Kraliçanın 1947-ci ildə evləndiyi həyat yoldaşı şahzadə Filipə ilk tanışlıqlarından sonra yazdığı iki səhifəlik məktub Viltşir şəhərində “Chippenham” muzeyindən adının açıqlanmasını istəməyən kolleksiyaçılardan biri tərəfindən satın alınıb.

Kraliçanın 21 yaşında olarkən qələmə aldığı məktubunda yeni başlamaqda olan münasibətlərindən və Londonda gecə klublarından birində etdikləri rəqsin təəssüratlarından bəhs olunur.

Yelizaveta məktubu evlənməmişdən bir neçə ay əvvəl onları toyu ilə bağlı kitab yazan yazıçı Beti Şevə verib. Kraliça və Şahzadə Filip 68 ildir evlidir.

Bir neçə gün öncə kraliça 90 yaşını qeyd edib.

kralica

Kraliça II Yelizaveta — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçasıdır.

Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordudur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.

Anspress