Paylaş

İspaniyanın “Real Madrid” futbol klubunun oyunçusu Kriştiano Ronaldo anası üçün Madriddə aldığı lüks villanı satışa qoyub.

Ulduz futbolçunun bu qərarı mediada “Real Madrid”dən ayrılması haqda şayiələrin yayılmasına səbəb olub. İspaniyada üç evi olan Ronaldonun iki mülkdən birini 5 milyon avroya, digərini isə 2 milyon avroya satdığı iddia edilib.

Qeyd edək ki, mövsümün əvvəlindən haqqında transfer söz- söhbətləri çıxan portuqal futbolçunun Madriddə xoşbəxt olmadığı deyilir. ABŞ komandalarının da hədəfində olan Ronaldonun əsas təqibçiləri onun keçmiş klubu “Manchester United” və “Paris Saint Germain”dir.