Paylaş

Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov ötən gün ermənilərdən azad olunan Lələ Təpəyə gedib.

Əsgərlərlə görüşən ifaçılar “Qarabağ” və “Azərbaycanım” mahnılarını, “Qarabağ” şikəstəsini səsləndiriblər.

Videolarını və fotolarını sosial şəbəkədə paylaşan E.Məmmədov düşmənə acıq verdiklərini bildirib:

“Lələ Təpə zirvəsindəyik. Allah əsgərlərimizi qorusun, şəhidlərimizin ruhu şad olsun. Qarabağda “Qarabağ” şikəstəsi. Burada erməni dığalarına od qoyduq. Nə qədər dığanı görürdük. “Qarabağ” mahnısını oxuyub, onlara od qoyurduq. Var olsun Azərbaycanın dəyərli əsgərləri”.