Paylaş

“Rəngli linzalar daha çox gənc qızlar arasında istifadə olunur. Oftomoloji olaraq məsləhət görülməyən linzalardandır. Xüsusilə, uzun müddət istifadəsi zərərlidir”.

Bu sözləri oftomoloq Əhməd Abdullayev deyib. O bildirib ki, linzalar gözə oksigeni az keçirir:

“Kontakt linzaların bir neçə istifadə məqsədi var. Birincisi optik məqsəd üçün istifadə olunan linzalardır. Yəni, göz nömrəsi olanların görməsini yaxşılaşdırmaq üçündür. İkincisi kosmetik linzalardır. Buraya rəngli linzalar daxildir. Daha sonra terapevtik linzalar da mövcuddur. Bu linzalar müalicəvidir. Rəngli linzalar daha çox gənc qızlar arasında istifadə olunur. Oftomoloji olaraq məsləhət görülməyən linzalardandır. Xüsusilə uzun müddət istifadəsi zərərlidir. Çünki, bu linzalar gözə oksigeni az keçirir. Bunların gözdə qalıcı təsirləri çoxdur. Gözə az oksigen getməsi, eyni zamanda gözdə buynuzlu qişa infeksiyalarına səbəb ola bilər. Bunlar hətta korluğa qədər gətirib çıxaran infeksiyalardır. Rəngli linzaların istifadəsi zamanı çox diqqətli olmaq lazımdır. Yaxşı olardı ki, həkim məsləhəti altında alınsın. Çünki linzaların da nömrəsi var. Hər gözə uyğun linzalar mövcuddur. Nömrələr dəqiq bilinərək alınmalıdır. Həkim müayinəsindən sonra rəngli linzaların alınmasını məsləhət görərdim. Linza ilə yatmaq düzgün deyil. Gün ərzində bir neçə saat fasilələrlə istifadə olunması daha məsləhətdir. Gözün hər hansı infeksiya, yaralanma halı olduqda, kontakt linza taxmaq olmaz, çünki, linza infeksiyanı daha da şiddətləndirə bilər”.

GSR.fm