Paylaş

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda öz meydanında “Liverpul”la qarşılaşan “Borussiya” (Dortmund) rəqibi ilə 1:1 bərabərə qalıb. Bu oyun haqqında idman şərhçisi Sənan Şəfizadə KİSHİ.az-a müsahibə verib:

“Bu oyun çox maraqlı oyun idi. Müəyyən mənada, prinsipial oyun idi. “Liverpul”un baş məşqçisi Yurqen Klopp “Dortmund” komandasına qarşı meydana çıxarıldı. Köhnə komandasına qarşı mübarizə aparırdı. Sözsüz ki, futbolda belə amillər olur. Mənim fikrimcə, Liverpulun baş məşqçisi Yurqen Klopp sabiq komandasını çox yaxşı tanıyır. Bu oyunda da göstərilirdi. “Borussiya” komandası çox çətinliklə müdafiə olunurdu. Nəticədə, komandaların hər ikisi 1:1 hesabı ilə kifayətləndilər. Hesabı “Liverpul” oyunçusu açdı. 1:1 hesabı “Liverpul” üçün çox yaxşı fürsətdir. “Borussiya” Avro Liqanin favoritlərindən biridir. Bəlkə də favoritdir. Belə deyək də, daş qayaya rast gəlib. “Liverpul” “Borussiya”nı yarışdan kənarlaşdırmağa qadirdir”.