Paylaş

“Liverpul” yeni futbolçu alıb.

Qol.Az-ın yaydığı xəbərə görə, İngiltərə təmsilçisi “Hoffenhaym”da oynayan Roberto Firminonu transfer edib.

İngiltərə mətbuatı “Liverpul”un bu transfer üçün 35 milyon avro təzminat ödədəyini yazıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi R.Firmino ötən mövsüm bundesliqada oynadığı 33 matçda 7 qol vurub, 10 qolun ötürməsini verib.