Paylaş

Kişi.az olaraq son günlərdə təkrarlanan intihar halları ilə bağlı  psixoloq Elnur Rüstəmovun  fikirlərini öyrəndik. Psixoloqun sözlərinə görə, qadınlar kişilərdən daha çox intihar haqqında fikirləşirlər:

“Statistika onu göstərir ki, kişilər  qadınlardan fərqli olaraq  intiharı daha real  olaraq həyata keçirirlər. Yəni, qadın dörd dəfə intihar haqqında düşünə bilər, amma intihar etməyə bilər.  Kişi isə bir dəfə düşünər, ama intiharı həyata keçirə bilər. Qadınlarda intihar halları duyğusal zəmində baş verə bilər. Şəxsi münasibətlərdə, ailədaxili problemlərdə özünü daha qabarıq göstərə bilər. Kişilərdə isə biz bu halları daha çox kariyera ilə bağlı məqamlarda görə bilirik. Bir qisminin fiziki durumunda problem ola bilər. Bir də, şübhəsiz ki, maddi problemlər kişilərdə intihar fikrinə müəyyən dərəcədə təsir göstərir”.