Paylaş

Brend menecerlər şablon maillər göndərməyə davam edərək hələ də ümid edirlər ki, bu üsulla satışda, brend imicində və qarşılıqlı əlaqalərdə yüksəliş əldə edə bilərlər. Data from Reachmail uğuru sığortalamaq üçün bu tələlərdən uzaq durmağı tövsiyə edir. Buyurun, “mail yazarkən pis vərdişləri müsbətə doğru necə dəyişmək olar?” sualına bəzi cavabları qeyd edirik:

Aydın və səliqəli yazın

Ağıllı görünməyə çalışmayın. Reachmail bloqunda yazır:

“Mətndə istifadə etdiyiniz sözlərlə çaşdırıcı ola bilərsiniz. Həyəcanverici olmaqla, informativ olmaq arasında balansı qorumaq asan deyil. Lakin mövzu bölməsi üçün yaxşı seçilmiş başlıqla mail-in nə haqqında olduğunu düzgün ifadə etməyə nail olacaqsınız.  Aydın ünsiyyət qurma vərdişinə yiyələnməyə çalışın. Bu yolla insanlar sizi daha çox qiymətləndirəcəklər”.

Əmin olun ki, mail başlığınız mətnlə uyğunlaşır.

Abunəçilərinizi birinci sıraya qoyun

Nəticələri yaxşılaşdırmaq üçün bu 4 maddəyə diqqət yetirin:

  1. Sizə cavab verməyən insanlara mail göndərməyi dayandırın.
  2. Abunəlikdən çıxmaq istəyənlərə hörmətlə yanaşın.
  3. Abunəlikdən çıxmağı insanlar üçün asan(rahat) edin.
  4. Çox mail göndərərək insanları narahat etməyin.

Brendə qarşı olan inam e-mail marketinq strategiyasının vacib hissəsidir. Abunəçilərin damağında pis dad buraxsanız, onların sizə olan inamı azalacaq.

İnam yaratmaq üçün “Digital Third Coast”-ın menecerlərindən olan Matt Zajechowski deyir ki, marketoloqlar orijinallıqda boşluğu olan və spam  mail-lər göndərməkdən uzaq durmalıdırlar.

Müştərinin mesaj qutusunu təkrar mail-lərlə bombardman etməyin, onların tələblərinə və şikayətlərinə qarşı nəzakətli olun. Əgər kimsə sizin abunəlik siyahınızdan çıxmaq istəyirsə, icazə verin çıxsınlar. Bunu etdiklərinə görə, onların özlərini günahkar hiss etməyə vadar etməyin.

Optimallaşdırma və dizayn

Görünüş uğurlu marketinqin mühüm komponenti kimi qəbul edilir. Amma bunun da dadını qaçırmaq mümkündür mü? Maili çox şəkildən və dizayn elementlərindən istifadə edərək göndərmək insanları çaşdıra, səbrlərini daralda bilər.

Əmin olun ki, sizin mail-lərin smartfonlarda və tabletlərdə oxunulması asandır.