Paylaş

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran “Mançester Siti” transfer çalışmalarına başlayıb.

Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi “Arsenal”dan Cek Uilşir və “Liverpul”dan Rahim Sterlinqi transfer etmək istəyir.

“Şəhərlilər” hər iki futbolçu üçün ümumilikdə 100 milyon avro xərcləməyə hazırdır. “Mançester Siti” Uilşir üçün 40 milyon avro, Sterlinqə görə 60 milyon avro təklif etmək niyyətindədir. “Arsenal” və “Liverpul”un bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, Sterlinq ötən mövsüm “Liverpul”da keçirdiyi 35 oyunda 7 qol vurub. Uilşir isə “Arsenal”da keçirdiyi 14 görüşdə 2 qola imza atıb.