Paylaş

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçiriləcək.

Bu barədə KİSHİ.az-a müsahibə verən idman şərhçisi Rövşən Binnətli “Mançester Siti”-nin artıq qalibiyyətdən uzaq düşdüyünü bildirdi:

“Çempionlar Liqasının ¼ final mərhələsinin bugün keçiriləcək 2 oyunu ilə bağlı proqnoz irəli sürərkən ilk olaraq statistikaya çox önəm verilir. Komandaların bugünkü potensialı nəzərə alınaraq fikirlər söylənilir. Bunlar hər zaman özünü doğrultmur. Mən düşünürəm ki, “Volfsburq” (Almaniya) – “Real Madrid” (İspaniya) görüşündə bu mərhələni keçəcək komanda “Real Madrid”-dir. Həmin  ¼ final mərhələsini keçməkdə təməli Real Madrid komandası qoyacaq.  “Volfsburq” (Almaniya) – “Real Madrid” (İspaniya) görüşündə “Real”-ın şansını yüksək dəyərləndirirəm. Güman edirəm ki, olan nəticələr pərəstişkarlar üçün sevindirici olacaq. “PSJ” (Fransa) – “Mançester Siti” (İngiltərə) oyununa proqnoz vermək olduqca çətindir.  İlk baxışda hər iki komandanın şansı bərabərdir. “PSJ”-nin keçdiyi yola nəzər salsaq, onun İngiltərənin digər komandası “Çelsi”-ni oyundan kənarlaşdırması və bunu çox mübariz şəkildə etməsini görərik.  “Mançester Siti”-nin çempionatda işlərinin o qədər də yaxşı getməməsi və mövsümün sonunda baş məşqçi ilə yolları ayırması “PSJ”-nin daha şanslı olması fikrini yaradır”.