Paylaş

Rusiya baş naziri Dmitri Medvedyev həyat yoldaşı Svetlana Medvedyevadan boşanıb.

Bu həftə sonu Böyük Teatrda “Karmen” tamaşası nümayiş olunacaq. Tamaşanın fransız-dilində olmasına baxmayaraq, artıq bütün biletlər satılıb. Ağ Evdən bir neçə mənbə “Sobesednik” saytına bildirilib ki, həmin tamaşada Medvedyevlə xanımı da olacaq və tamaşanın sonunda onlar boşandıqlarını rəsmən elan edəcəklər.

Xəbərdə həmçinin bildirilir ki, S. Medvedyeva artıq uzun müddətdir ki, həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxmır. Hətta, baş nazir İsa Məsihin doğum günündə kilsəyə təkbaşına gedib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə xanımı Lyudmila Putina da 3 il əvvəl “Esmeralda” tamaşasından sonra boşandıqlarını elan etmişdilər.

“Qafqazinfo”