Paylaş

ABŞ-ın “JPay” özəl cəzaçəkmə müəssisəsi həbsxanalarda məhkumlar  üçün xüsusi hazırlanmış planşet nümayiş etdirib.

Şirkət ABŞ-ın 34 ştatında təqribən 2 milyon cinayətkara xidmət göstərir. Onlar tezliklə qeyri-adi qurğudan istifadə edəcəklər.

Kishi.az ICTnews.az-a istinadən bildirir ki, “JP5mini” planşeti ABŞ-ın müasir həbsxanalarının sərt reallıqları üçün hazırlanıb. Cihazın dizaynında şəffaf zərbəyə davamlı plastik üstünlük təşkil edir. Beləliklə, planşetin korpusunda məhbuslara qaçaq mal verməyəcək. Qurğunun ekranının diaqonalı 4,3 düym təşkil edir. Daxili yaddaşın tutumu 32 QB-dır.

Məhbuslar planşetin köməyi ilə musiqi dinləyə, video izləyə, elektron poçt və videoçat vasitəsilə ünsiyyət saxlaya, xəbər oxuya bilərlər. Qurğu simsiz şəbəkələrdə işləyir və “Android” mobil platformasının modifikasiya edilmiş versiyası quraşdırılıb.