Paylaş

“Bəzi insanlar düşünürlər ki, özləri avtomobillərini kimyəvi təmizləmə edə bilərlər. Yalnız bilməlidirlər ki, onlarda profossional avadanlıqlar olmasa onlar nəinki kimyəvi təmizləmə, hətta avtomobillərinə ziyan vurmuş olarlar”.

Bunu kimyəvi təmizləmə ustası Qoşqar Həsənov Kishi.az-a müsahibəsində deyib. O bildirib ki, kimyəvi məhlluları düzgün istifadə etməsələr avtomobillərinin salonuna böyük ziyanlar dəyə bilər:

“Elektrik bloklarına, elektrikli sensorlara hər hansısa detalın sıradan çıxmağına, tavanın sallanmağına, didilməsinə gətirib çıxarda bilər. Avtomobildə istifadə olunan məhlullar məişətdə istifadə olunan məhlullarla bir deyil. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq avtomobilinizi peşakarlara etibar edin. Siz öz avtomobilinizə yalnız kimyəvi təmizləmədən sonra mütəmadi olaraq ustanın sizə dediyi tövsiyələrlə qulluq etməlisiniz ki, növbəti kimyəvi təmizləməyədək avtomobil az da olsa təmiz qalsın”.