Paylaş

PSJ-ni sabiq hücumçusu Zlatan İbrahimoviç bu gün jurnalistlərin suallarını cavablandırıb.

Kapitanı olduğu İsveç millisiylə birgə “Avro-2016”nın oyunları üçün Fransada olan İbrahimoviç yerli jurnalistlərin müxtəlif mövzuda olan suallarına cavab verib.

– Gəlin, puldan danışaq.

– Olar. Pul çox şeyi həyata keçirməyi asanlaşdırır, amma xoşbəxtlik deyil. İnsanlar bunu başa düşməlidir.

– 2015-ci ildə sizin gəliriniz 20 milyon avro olub.

– Cəmi elə bu qədər?

– Təxminən.

– Yalnız ilin ilk hissəsində 20 milyon olub.

– Bu, çox böyük məbləğdir.

– Çox nəyə deyirsiniz? Mən bunu başa düşmürəm. Qiyməti bazar müəyyənləşdirir. Çox ya az – bu, mənim problemim deyil. Bazar deyir ki, sənin qiymətin bu qədərdir. Əgər başqa oyunçu məndən on dəfə güclüdürsə, qazancı da onqat artıq olacaq.

– Başa düşürsünüz ki, bu qədər yüksək rəqəm iqtisadi böhran vaxtında çoxlarını şoka sala bilər?

– Siz bilirsiniz ki, mən nə qədər vergi verirəm?

– Yox. Deyin!

– Mən Fransaya sizin prezident Fransua Ollanddan çox kömək etmişəm.

– Amma 75 faizlik vergi indi gündəmdə deyil.

– Okey. Siz əminsiniz? Mən vergi verməkdə davam edirəm. Mən çox vergi verirəm.

– Bir az da Fransa haqda danışın.

– Mən gəldim və burada hamıdan güclü oldum.

– Bəs, başqa nəsə deyə bilərsiz?

– Yox. Bu qədər kifayətdir.

– Siz 2015-ci ilin martında Fransanı bərbad ölkə adlandıranda əhali şoka düşmüşdü.

– Bu məsələdə söhbət futboldan gedirdi. Bunun ölkənin özü ilə əlaqəsi yox idi. Düzdür, mən bu sözləri deməklə səhv etmişdim. Amma bir daha qeyd edirəm, bunlar futbola aid idi. Dörd il yaşadığın ölkəni sevməmək mümkün deyil. Əgər burda yaşamaq xoşuma gəlməsəydi, daha erkən gedərdim.

Qol.az