Paylaş

“Eurovision 2016” mahnı müsabiqəsinin birinci mərhələsində Ermənistan təmsilçisi qondarma Qarabağın bayrağı ilə səhnəyə çıxıb. Bu barədə prodüser Tarix Əliyev Kishi.az-a müsahibə verib. O bildirib ki, Azərbaycan gərək öz etirazını bildirsin, orada çıxışından imtina etsin:

“Deyirlər ki, Səmranın çıxışı əvvəlki illərdə olan çıxışlardan yaxşı idi. Xeyr, gəlin bir şeyi nəzərə alaq ki, hər il bir mahnı, üslub, janr dəbdə olur. Bu zövq məsələsidir. Mənə Səmranın çıxışı, neçənci yer tutacağı maraqlı deyil. “Eurovision” müsabiqəsi, əslində bir illik PR-dır. Burada iştirak edənlər bir ildən sonra heç yerdə tanınmırlar, onlara qarşı tələbat olmur. Məni Ermənistanın Azərbaycana qarşı olan növbəti təxribatı çox maraqlandırır. Səmra bir müğənnidir, Azərbaycanı təmsil edir, amma ermənilər yenə də öz bicliyindən istifadə edib qondarma Qarabağın bayrağını dalğalandırdı. Əgər Ermənistan hər yerdə cılız bayraqları ilə dünyanı özünə cəlb edirsə və onlardan üzrxahlıq tələb olunmursa, bu başqa bir şeydir. İndi də Ermənistan təmsilçisi çıxıb deyir ki, Ermənistan sülh istəyir. Əgər sülh istəyirdisə, elə Azərbaycan-Ermənistan bayrağını bir yerdə qaldıraydı. Avropada bizə qarşı çox böyük haqsızlıq olur. Məncə, Xarici İşlər Naziriliyi və bizim qurum orada protesto etməlidir ki, Ermənistan üzr istəməlidir. Səmranın qazanmağını heç istəmirəm. Çünki Azərbaycan bundan böyük layihələrə hazırlaşır”.