Paylaş

Sevgililər günü ərəfəsində cütlüklər sevdikləri şəxsin zövqünü oxşayacaq hədiyyə axtarmağa çalışırlar.  Amma heç də hər zaman alınan hədiyyə qarşı tərəfin ürəyincə olmur. Görəsən, məşhurların sevdikləri şəxsdən gözləydiyi, amma ala bilmədikləri hədiyyə hansı olub?

Əbdül Xalid: Arzuladığım hədiyyə çox olub. Amma mən sevgi anlamında bir az romantikadan uzağam. Realist adamam. Ona görə sevgililər günündə heç bir hədiyyə gözləməmişəm. Hədiyyə olsa da olar, olmasa da. Xanım pərəstişkarladan olub ki, sevgililər günü nəsə qəbul eləmişəm. Ancaq konkret gözlədiyim heç nə olmayıb.

Abbas Bağırov: Elə bir hədiyyə olmayıb. Amma mənim üçün sevgililər günü sevgilimlə tanış olduğum gündür. Kimsə özü üçün bu günü sevgililər günü elan edibsə, mənim üçün sevgililər günü sayılmır.

Xatirə İslam: Mən həyat yoldaşımdan gözləyirəm. Nə versə, qəbulumdur.

Nurlan Növrəsli: Sevdiyim insan elə özü hədiyyədir. O mənim üçün hədiyyədir, mən də onu üçün. Sevdiyimiz insan bizə Allahın ən böyük hədiyyəsidir. Kimin sevdiyi insan yoxdursa, Allah ona da belə bir hədiyyə qismət etsin.

Fərda Xudaverdiyev: Hədiyyə həmişə gözlədiyin hədiyyə olmaya bilər. Çünki hədiyyənin böyüyü-kiçiyi olmur. Həmin gündə “mən səni sevirəm” kəlməsi kifayət edir. Hədiyyə ikinci məsələdir. Yəni bir cüt corab böyük bir şeydir. Deməli, səni düşünüb alıb, bu çox dəyərlidir.

Nigar İbrahimova: Elə bir hal olmayıb. İstədiyim bütün hədiyyələri almışam.