Paylaş

Aktyorlar Mila Kunis və Eşton Kotçer rəsmi olan nigaha daxil olmaq qərarına gəliblər. Toy mərasimi bazar günü təşkil olunub. Aktyorlar hələki mətbuata rəsmi olaraq bu haqda məlumat verməyiblər.

Deyilənə görə, 31 yaşlı Kunis artıq ikinci övladına hamilədir. Onların bir qız övladı var. 37 yaşlı Kotçerlə Kunis 1998-ci ildə “That 70s Show” adlı teleşousunda tanış olub. Kotçerin keçmiş həyat yoldaşı Demi Mur Kotçerdən hələ 2013-cü ildə boşanmasına baxmayaraq, Mila və Eşton 2012-ci ildən etibarən görüşməyə başlayıblar.

Kunis və Kotçer 2014-cü ilin fevralında münasibətlərinin rəsmiləşməsi yolunda ilk addımı ataraq nişanlanıblar.