Paylaş

Kanal 5-də yayımlanan məşhur “The Big Brothers” realiti-şousunun növbəti buraxılışı qalmaqala səbəb olub.

Gecə saatlarında yayımlanan şouda sevişmə səhnələri nümayiş olunub.

Tamaşaçılar bu görüntülərə etiraz edib. Pierre Uayt və Laura Karter adlı iştirakçılar kameraların qarşısında cinsi əlaqədə olublar. Özü də onların bu hərəkəti əvvəlcədə təkrarlanıb.

Televiziyadakı görütülərdən narahat olan ingilislər ölkənin Televiziya Şurası olan “Ofcom”a müraciət ediblər.

“Ofcom” Kanal 5-ə böyük bir cəzanın verilməsini planlaşdırır.

Axşam.az