Paylaş

Çəkildiyi filmlər, qatıldığı tədbirlər, etdiyi xeyriyyəçiliklərlə daim xəbər mövzusu olmağı bacaran Ancelina Colinin fikrincə stressdən xilas olmağın ən gözəl yolu uşaqlarla vaxt keçirməkdir.

Onlarla birlikdə boyama kitablarını rəngləyən, gəzintiyə çıxan aktrisa bununla da bütün problemləri unutduğunu deyir. Bundan başqa Ancelina Coli stressdən xilas olmaq istəyənlərə meditasiyanı məsləhət görür.

Ancelina Colinin həyat yoldaşı Bredd Pitt isə stress anlarında daha çox tək qalmağa üstünlük verir. Bu məqamda ən sevdiyi iş bağda gəzərək gələcək haqqında planlar qurmaqdır.

Dünya şöhrətli ulduz Arnold Şvartsnegger isə idman edərək stress və depressiyanı özündən uzaqlaşdıran məşhurlardandır. Onun sözlərinə görə, idman həm bədəni, həm də zehni gücləndirir.

“Musiqinin səsini yüksəldib itlərlə rəqs edin. Nə stress qalacaq, nə də əsəb”. Bu məsləhət isə 35 yaşlı amerikalı aktrisa Christina Ricciyə aiddir.

Amerikalı müğənni Madonna isə stressdən, depresiyyadan xilas olmaq üçün səsinə qüvvət verir. Xeyr o, bu vəziyyətdə mahnı oxumur, sadəcə bərkdən qışqırmağa başlayır. Dediyinə görə, müsbət effektini də görür. (Atv.az)