Paylaş

“Barselona”nın hücumçusu Lionel Messi bu gün komandasının məşqinə qatılıb.

Argentina millisinin düşərgəsində zədə alan 29 yaşlı hücumçu dünən İspaniyaya qayıdıb, bugün isə hazırlıqda iştirak edib və fərdi qaydada çalışıb.

Argentinalı oyunçunun zədəsinin ciddi olmadığı bildirilir.

Qeyd edək ki, sentyabrın 10-da, La Liqanın 3-cü turunda “Barselona” “Alaves”I qəbul edəcək.