Paylaş

“Barselona”nın futbolçusu Lionel Messi üçün İspaniya La Liqasının 28-ci turunda “Eybar”a (4:0) qarşı oyun əlamətdar olub.

Sözügedən qarşılaşmada bu mövsüm 20 və 21-ci qollarını vuran argentinalı hücumçu yeni rekord müəyyənləşdirib. O, La Liqada ardıcıl 8 mövsüm 20 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, “Real”ın futbolçusu Kriştiano Ronaldo isə ardıcıl 7 mövsümdür 20 qol səddini aşır.