Paylaş

“Barselona”nın hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Dünən Çempionlar Liqasında “Seltik”lə oyunda (7:0) het-trik edən Messi Argentina futbolunun bütün tarixi ərzində ən çox qol vuran futbolçu olub.

Karyerasında 515-ci qola imza atan Messi “Real”ın əfsanəsi Alfredo di Stefanonu (514) geri qoyub.


Argentina futbolu tarixində ən çox qol vuran 5 futbolçu

1. Lionel Messi – 515 qol

2. Alfredo di Stefano – 514 qol

3. Karlos Byanki – 434 qol

4. Qabriel Batistuta – 356 qol

5. Dieqo Maradona – 354 qol

Qol.az