Paylaş

La Liqanın 24-cü turunda Barselona-Selta oyununda Messinin vurduğu penalti müzakirələrə səbəb olub. Bu barədə CBC Sport televiziyasının xəbərlər şöbəsinin baş redaktoru Rövşən Binnətli Kishi.az-la fikirlərini bölüşdü.

“Belə penalti vurmaq sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Əslində, topa toxunana qədər futbolçular 9 metr 15 santimetr məsafədə dayanmalıdır. Əgər orada bu prinsipə əməl olunubsa, heç bir qayda pozuntusu yoxdur. O cür penalti vurmaq tam qaydalara uyğundur. Sadəcə olaraq, sosial şəbəkələrdə insanlar elə başa düşür ki, ümumiyyətlə, o cür penalti vurmaq olmaz. Əslində topa toxunuş anına qədər Messinin komanda yoldaşı topdan doqquz metr on beş santimetr olan tələbə riayət edibsə, hər şey qaydalar çərçivəsindədir”.