Paylaş

Sürücülərin yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etmək məqsədi ilə PAŞA Sığorta  23 noyabr – 23 dekabr tarixlərində sürücülər üçün “Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası keçirir. Kampaniya çərçivəsində Gənclik MALL AVM-də PAŞA Sığorta şirkəti tərəfindən hazırlanmış “Məsuliyyətli sürücüyə biz cavabdehik” stendində quraşdırılmış xüsusi planşetlərdə sürücülər Yol Hərəkəti Qaydalarına aid suallara düzgün cavab verməklə Kasko sığortasına 30%-ə qədər endirim əldə edə biləcəklər.

Belə  ki, PAŞA Sığorta 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 9-na doğru cavab verən şəxslərə 20%, 8-nə doğru cavab verən şəxslərə 15%, 7-nə doğru cavab verən şəxslərə isə 10% Kasko sığortası üçün endirim mükafatı təqdim edəcək.

7–dən az suala düzgün cavab verən sürücülər də yarışı hədiyyəsiz tərk etməyəcək, şirkət tərəfindən bütün iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.  Kampaniyada hər kəsin yalnız bir dəfə iştirak etmək şansı var.