Paylaş

32 yaşlı avstraliyalı super model Miranda Kerrlə dünyanın ən gənc milyarderi, 25 yaşlı amerikalı iş adamı Evan Şpigelin sevgili olması xəbəri təsdiqini tapıb.

Kishi.az-ın Axşam.az-a istinadən məlumatına görə, cütlük Los-Anceles küçələrində gəzərkən paparassilərin hədəfində olub. Əl-ələ tutan sevgililər gül dükanına da baş çəkiblər.

Qeyd edək ki, Mirandanın aktyor Orlando Blumla nikahından Flinn adlı 4 yaşlı oğlu var.