Paylaş

Kann Film Festivalının qalibləri elan olunmamışdan qabaq daha bir premyera baş tutub.

Filmləri ilə seçilən Sofiya Koppola ilk dəfə operaya rejissorluq edib. O, Cüzeppe Verdinin məşhur “Traviata” əsərinin quruluşçu rejissoru kimi özünü sınayıb.

Amerikalı rejissora dəstək olmaq üçün premyerada Monika Belluççi, Kira Naytli, Elizabet Herli və digər ulduzlar iştirak edib.

51 yaşlı Monika Belluççinin bir həftə əvvəl “Aestus” jurnalı üçün fotosessiyasından çox fərqli göründüyü diqqət çəkib. Jurnaldakı fotoların “Fotoşop”la düzəldiyi iddiaları səsləndirilir.

monika1

 

monika2

Axsam.az