Home KİŞİ NEWS Mourinyoya daha bir sürpriz təklif

Mourinyoya daha bir sürpriz təklif

35
0
SHARE

Portuqaliyalı mütəxəssis Joze Mourinyo daha bir yığmadan təklif alıb.

Bu dəfəki təklif İndoneziya millisindən gəlib.

İndoneziyanın Gənclər və İdman naziri İmam Nahravi Mourinyonu yığma komandanın baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırdıqlarını bildirib. O, 53 yaşlı mütəxəssisə ilinə 13 milyon funt-sterlinq verməyə hazır olduqlarını bildirib: “Yığmanın futbolçularını motivə etmək istəyirik. Bu mənada düşünürük ki, Mourinyonun komandaya gəlişi futbolçulara və azarkeşlərə həyəcan verəcək”.

Qeyd edək ki, karyerası ərzində “Portu”, “Real”, “İnter” və “Çelsi” ilə bir sıra kuboklar qazanan Mourinyo daha öncə Suriya millisindən təklif alsa da, bundan imtina edib.

Qol.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here