Paylaş

Bu dəfə “Yeməkbaz”da çoxlarının sevdiyi tərəvəz olan badımcandan söhbət açacağıq. Həmçinin, mövsümə uyğun olaraq ən çox hazırlanan badımcan salatının reseptini də sizlərə təqdim edəcəyik. Amma yeməyin reseptindən əvvəl  badımcanın faydalarını diqqətinizə çatdırmaq istəyirik.

Badımcanın faydaları:

1. Kalorisi az olduğuna görə arıq qalmaq istəyənlər üçün ən münasib tərəvəzdir.
2. Badımcanı tam yetişmiş şəkildə yemək lazımdır. Belə ki, yetişməmiş badımcan çox acı olur. Badımcan yumşaltma xüsusiyyətinə malikdir.
3. Badımcanın tərkibində dəmir olduğu üçün qan azlığını aradan qaldırar.
4. İltihabı aradan qaldırması üçün badımcanı həmin üzvün üzərinə qoymaq olar.
5. Badımcan zəhərli göbələk üçün ən münasib əks-zəhərdir.
6. Badımcan insanı ürək infarktından qoruyar.
7. Badımcan qəbizliyi aradan qaldırar.
8. Badımcanın kökünü qaynadılması astma xəstəliyinə çox yardım edər.
9.Badımcandan sümük sınıqlarının ağrısını azaltmaq üçün də istifadə edə bilərsiniz. Badımcanı elektrik sobasına qoyun və yarım bişmiş halda suyunu sıxın. Sonra həmin suya bir qədər qəhvə şəkəri əlavə edib için.
10. Badımcan mədə tonikidir.
11. Badımcana duz vuran zaman ondan ayrılan sarı su əl və ayaq tərləmələri üçün faydalıdır.
12. Əgər badımcanı yandırsanız və sirkə ilə qarışdırsanız ziyil üçün ən yaxşı dərman olar.

Badımcanı bişirməmişdən qabaq onun acı suyunu çıxarıb  sonra bişirin. Göz xəstələri yaxşı olar ki, badımcanı ətlə və ya sirkə ilə bişirsinlər. Əks halda badımcan xəstəliklərini kəskinləşdirə bilər.


patlıcan-salatasıMövsümün dadlı yeməyi badımcan salatı

Tərkibi:

3-4ədəd badımcan
3 ədəd pomidor
2 ədad yaşıl bibər
1 ədəd soğan (zövqə görə olmaya da bilər)
Arzu etdiyiniz göyərti növləri
Duz, istiot

Hazırlanması:

Badımcanları isti dəmir üstündə közləyin. Daha sonra isə qabıqlarını soyaraq uzunsov doğrayın. Daha sonra isə pomidorları bütün bütün qabıqlı halda yağda qızardın. Onu da kub-kub (iri kublar) halında doğrayıb badımcanın üzərinə əlavə edin. Daha sonra eyni qaydada bibəri yağda qızardıb uzun-uzun doğrayın badımcan və pomidorun üzərinə əlavə edin. Soğan da eyni qaydada halqa-halqa və ya kub-kub doğrayıb əlavə edilir. Arzuya görə istənilən göyərti növləri, duz və istiot əlavə edə bilərsiniz.

Nuş olsun!