Paylaş

Psixoterapevt, klinik psixoloq Xudaverdi Məmmədov müharibənin insanlarda yaratdığı psixoloji problemləri barədə müsahibə verib. O qeyd edib ki, müharibənin şahidi olan insanlarda psixoloji pozuntu halları tez-tez rast gəlinən hallardır:

“Ümumiyyətlə insanın aidlik və təhlükəsizlik hissi var. Yəni cəmiyyətə aid olmaq istəyir və o cəmiyyətdə təhlükəsiz olmaq istəyir. Müharibələr və digər şiddət halları bu inancı və güvəni sarsıdan amillərdir. Fərd bu hadisələrə daha həssaslıqla yanaşırsa, müharibə və şiddət şahidi olubsa, ciddi psixoloji pozuntu halları ilə qarşılaşmaq ehtimalı daha yüksəkdir Müharibəni yaşamış insanlar məsələyə daha fərqli yanaşırlar. Onu hər xatırladıqda mənfi emosiyalar onları özlərini pis hiss etmələrinə gətirib çıxaracaq.”

GSR.fm