Paylaş

Yuxusuzluq probleminiz var? Gecələr rahat yata bilmirsiniz ? Bu yazıda daha rahat yuxu üçün bir neçə qaydanı nəzərinizə çatdıracağıq.

Yataq otağınızda mavi işıq olmasın
Mobil telefondan, kompyuterdən və ya başınızın üzərindəki rəqəmsal saatdan yayılan mavi işığın meydana gətirdiyi qısa dalğalar tez zamanda yuxuya getməyinizə mane olur. Buna görə də rahat yatmaq istəyirsinizsə, yatmazdan əvvəl televizoru, kompyuteri və digər mavi işıqlı elektrik cihazlarını söndürün və üzərinə örtük çəkin.

Gündüz yatmayın
Gündüz saatlarında bir az yatmaq gecə yuxunuza mane ola bilər. Əgər həddindən artıq yuxunuz gəlirsə, gündüz maksimum iyirmi dəqiqə mürgüləyə bilərsiniz. Günorta yatacağınız iki-üç saatlıq yuxu bütün gecə boyunca rahat yatmağınıza mane ola bilər.
Gecə yatağa girdikdən sonra saatınıza baxmayın. Çünki səhərə nə qədər qaldığını düşünmək yuxunuzu qaçıra bilər. Zəngli saatınızı görə bilməyəcəyiniz bir yerə qoyun.

Yatış formanız sizə necə mane ola bilər?
Bəzi hallarda isə yatarkən seçdiyiniz vəziyyət də yuxunuza mane ola bilər. Əgər yan tərəf üstündə yatırsınızsa, ayaqlarınızın arasına incə bir yastıq qoyun. Kürək üstə yatmağı sevirsinizsə, yastığı dizlərinizin altına qoymağınız məsləhətdir.

Yastığınızın formasına diqqət yetirin
Əgər səhər yorğun və yüngül boyun ağrısıyla oyanırsınızsa, çox güman ki, əsas səbəb yastığınızıdır. Çox yüksək və ya alçaq yastıqlar problem yarada bilər. Kürək üstə yatarkən yastıq boyununuza uyğun olmalıdır. Əgər yan üstə yatırsınızsa, burnunuzun bədəninizin mərkəzi ilə eyni xəttdə olması mütləqdir. Əksər həkimlər məsləhət görür ki, üzü üstdə yatmaqdan çəkinəsiniz.
Bunlarla yanaşı yatmazdan əvvəl boynunuzu yormayın. Yataqda televizora, kompyuterə baxmaq, telefonla danışmaq boynunuzu yora bilər.

Öz bədən saatınızı müəyyənləşdirin
Həftə sonları daxil olmaqla eyni saatlarda yatıb, eyni saatda oyanmağa çalışın. Bu vəziyyət bədən saatınızın sağlam şəkildə çalışmasına şərait yaradacaq. Uzun müddət eyni sistemlə yatıb oyandığınız halda yatağa girincə dərhal yuxuya getdiyinizi və səhərlər rahat oyandığınızı görəcəksiniz.
Yuxudan oyandıqdan dərhal sonra ayılıb özünüzə gəlmək istəyirsinizsə, 10-30 dəqiqə işıqlı yerdə dayanın. İşıq bədən saatınızın nizamlanmasında çox əhəmiyyətlidir. Bu eyni zamanda zehininizi rahatlaşdırır.

Yatağa girməzdən əvvəl keçirdiyiniz bir saat rahat yatmağınızda mühüm rol oynayır. Çalışın ki, yatmazdan bir saat əvvəl çox yorucu işlə məşğul olmayasanız. Bu zaman kitab oxumaq, sakit musiqi dinləmək, meditasiya ilə məşğul olmaq və ya ilıq duş qəbul etmək gecə yuxunuza müsbət təsir edə bilər.

Siqaret çəkməyin
Nikotin də eyniylə kofein kimi yuxuya getmənizə maneə olan əsas amillərdəndir. Siqareti tərgidə bilmirsinizsə, ən azından yatmazdan 2-3 saat öncə siqaret çəkməyin.

İşıqları azaldın
Yuxu vaxtınız yaxınlaşdıqca evdəki işıqları azaldın. Özünüzü çox yormayın, mürəkkəb qərarları səhərə saxlayyın. Əgər yuxudan əvvəl kitab oxuyursunuz aşağı parlaqlıqda işıq istifadə edin.

Qəhvədən uzaq durun
Qəhvə səhər saatlarında yaxşı içki ola bilər, ancaq günortadan sonra kofeinli içkilər və yeməklərdə istifadə etməyin . Kofein güclü yuxu qaçırıcıdır. Hətta şokaladın təkibində bu maddənin az miqdarda olmasına baxmayaraq, yatmazdan əvvəl şokalad yemək də məsləhət görülmür.

Ən əsası isə yatmazdan əvvəl ağır, bol kalorili yeməklər yeməyin. Bunları həzm etmək həzm sisteminizə çətinlik yaradacaq və tez zamanda yuxulamağınıza mane olacaq.