Paylaş

15 iyul dövlət çevrilişinə cəhtdən sonra Türkiyə vətəndaşları meydanlarda və küçələrdə demokratiya üçün növbə tutmağa başlayıblar.  Hətta bəzi hallarda vətəndaşlara dəstək üçün bəzi nazirlər, bələdiyyə başçıları və sənətçilər də onlara qoşulur.

Bu axşam isə Taksim Meydanı keşik tutanların axını ilə qarşılaşıb. Burada İstanbul Bələdiyyə Başçısı Qədr Topbaş və Kurtlar Vadisi serialının məşhur aktyoru Necati Şaşmaz vətəndaşlara dəstək olub. Necati Şaşmaz “Millətimiz bu demokratiya döyüşünün qarşısında dayandı və onu əzdi. Biz gücümüzü bu demokratiyadan alırıq. Biz  hər zaman birik, birlikdəyik və demokratiyanın yanındayıq” sözləri ilə vətəndaşlara dəstək olub.

cnnturk.com