“Neftçi” Bakıda etirazla qarşılandı

Paylaş

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Bakıya qayıdıb.

Paytaxt klubunu hava limanında 70-ə yaxın azarkeş qarşılayıb.

Ancaq bu qarşılama mərasimi əvvəlkilərdən fərqli olub. Belə ki, komandanın Makedoniyada “Şkendiya” uduzması azarkeşləri özündən çıxarıb və klub rəhbərliyindən haqq-hesab çəkmək qərarına gəliblər.

Məsələ ilə bağlı açıqlama verən “Forza Neftçi” fan-klubun rəhbəri Sübhan Əliyev durumu belə izah edib: “Fanatların artıq bezib. Bu tarixi klubla heç kim oynaya bilməz. Biz də insanıq. Cavan yaşda qocalırıq. Kimlərsə çıxıb xalqa cavab verməlidi. Aksiya zamanı komandanın baş məşqçisi Vəli Qasımovu istefaya səslədik. Bundan başqa Müşahidə Şurasında lazımsız adamların getməsini istədik. Eyni zamanda kapitan Araz Abdullayevlə də söhbətləşdik. Onun komandada kapitan olmasını istəmirik”.
Daha sonra isə azarkeşlər etiraz aksiyasının davamı olaraq komandanı hava limanından daşıyan avtobusun qarşısında oturaq aksiya keçiriblər. Sübhan Əliyev onu da bildirib ki, “Forza Neftçi” çempionat oyunlarını komandanı boykot edəcək. Rəhbərlik fanatların istəyini yerinə yetirməyənədək “Neftçi” azarkeş dəstəyindən məhrum olacaq.

Qol.az