Paylaş

Əziz oxucular, bildiyiniz kimi indi sağlamlıqla bağlı suallarınıza cavab tapmağınız üçün həkimə getməyiniz mütləq deyil. Bunun üçün səhhəttinizlə bağlı bütün sualları bizə ünvanlamağınız kifayətdir. “Sağlam ailə” tibb mərkəzinin peşəkar həkimləri sizin bütün suallarınızı cavablandıracaqlar.
Bu isə keçən həftə ərzində bizə ünvanladığınız suallar və onlara mütəxəssislərin cavabıdır

1. Oxucu sualı: Salam, həkim. Zəhmət olmasa, deyərdiniz, Hepatit B-nin əlamətləri hansılardır?

1. Həkim cavabı: Hepatit B-nın əlamətləri bunlardır:
• yorğunluq, halsızlıq, baş ağrısı, qızdırma, qarnın sağ nahiyəsində ağrı (qara ciyər nahiyəsində)
• iştahın itməsi, ürək bulanması, qusma, ishal
• oynaq və əzələ ağrısı
• dəridə səpkilər
• sidik rənginin tündləşməsi, nəcis rənginın açılması
• göz sklerasının saralması (subikterik) və daha sonra bütün dərinin sarılığı və s.
Lakin qeyd etmək istərdim ki, bəzən bu xəstəlik asimptomatik formadada keçə bilər və əsasən profilaktik müayinə zamanı aşkar olunur. Həkim –hepatoloq müayinəsi mütləqdir.

2. Oxucu sualı: Salam, həkim. Anamın 49 yaşı var. Son zamanlar qulağı ağrayırdı. Həkimə getdi, həkim damcı dərmanlardan yazdı bir neçəsini. Hansını istifadə eləməsindən aslı olmayaraq ağrı başına vurdu. Bunun səbəbi nə ola bilər?

2. Həkim cavabı: İlk öncə qulaq ağrısının səbəbini bilmək lazımdı. Bir neçə halda qulaq ağrısı (yəni qulağın xəstəliyi) baş ağrısı yarada bilər: xarici və orta otit, furunkul, ekzema və s.
Bu ağrı iltihab prosesinin baş beyin sinirlərinin qıcıqlanması nəticəsində əmələ gəlir.
Bəzən isə miqren xəstəliyi, stomatoloji problem həm baş həm də qulaq ağrısı verə bilər.
Həkim-otolarinqoloq müyainəsi məsləhətlidir.

3. Oxucu sualı: Salam, həkim. Deyirlər ki, cavan dəriyə skrab, nəmləndirici vasitə vurmaq, pilinq etmək olmaz, bu dərini qocaldır. Öyrənmək istəyirəm. Bu nə dərəcədə düzgün fikirdi?

3. Həkim cavabı: Xeyr, bu vasitələr dərini həm qoruyur, həm də dərini regenerasiyasını (yenilənməsini) aktivləşdirir. Lakin dəriyə ziyan edilmədiyi dərəcədə istifadə olunursa.

4. Oxucu sualı: Salam, həkim. Anamın 50 yaşı var. Axır vaxtlar kürəyində ağrılar yaranıb. Həkimə getdi. Ona deyiblər ki, yorğunluqla bağlı ola bilər, amma məncə bunun nəsə tibb izahı olmalıdır. Siz də fikrinizi bildirərdiniz zəhmət olmasa

4. Həkim cavabı: Kürəy ağrısına bir neçə amil səbəb ola bilər:
• ağır yük, sərt hərəkət, düzgün olmayan qamət (skolioz)
• onurğa sütunun zədələnməsi
• osteoxondroz
• radikulopatiya
• spondiloartroz
• onurğa diskin yırtığı (qrıja)
• əzələ ağrısı (mialqiya)
• bəzən infeksion xəstəliklər
• nadir halda mədə bağırsaq xəstəliyi (mədənin xorası) və yaxud böyrəkdə daş və s.
Bəzi müayınələrə ehtiyac ola bilər (rentgen, MRT və s). Lakin hansısa bir diaqnoza şübhə etəkdənsə, həkim-nevropatoloq müayinəsindən keçmək məsləhətlidir.

5. Oxucu sualı: Könül. Salam, həkim. Mənim 26 yaşım var. 14 yaşımdan bəri təzyiqdən müalicə olunuram. Hər dəfəsində 3-4 aylıq müalicə kursundan sonra hə şey qaydasına düşür, amma bir müddətdən sonra yenə halım pisləşir, yenə müalicəyə başlayıram. Bunun birdəfəlik hansısa müalicəsi var?

5. Həkim cavabı: Birincili (səbəbi bilinməyən) hipertenziya zamanı müalicəni kəsmək məsləhət deyil. Çünki Siz müalicə aldığınız üçün halınız düzəlir, preparatlar kəsildiyi zaman isə simptomlar yenilənir.
Müalicədən əlavə isə sağlam həyat tərzi, az yağlı və duzu az olan qidalanma, stres, tütün, spirtli içkilərdən uzaq durmaq məsləhətlidir.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.