Paylaş

Kişilər də qadınlar da alt paltarı alarkən diqqət etdikləri bəzi nüanslar var. Bəzi alt paltarları pambıqla birlikdə fərqli vəsaitlərdən hazırlanır. Pambıq xaricindəki vəsaitlər isə  bəzi insanlarda allergiya yarada bilir. Bu səbəblə  də alarkən keyfiyyətli alt paltarları seçim edilməlidir.

Keyfiyyətli markaların alt paltarları 100% pambıqdır və istifadə ömrü digər alt paltarlarına nisbətən daha uzundur. Dünyada olduğu kimi ölkəmizdə də əksərən kişilərə alt paltarını xanımları alır. Bunun səbəbi kişilərin alt paltarını seçmək mövzusunda utancaq, qadınların isə alış-verişdə daha yaxşı olmasıdır.

Tərlətməyən və bədəni havalandıran alt paltarları

Kişilərin alt paltar alarkən ən diqqət etməli olduğu məsələ  alacağı məhsulun rahat və sağlam olmasıdır. Alt paltarları, digər satılan tekstil məhsullarına görə gigiyenik olmalıdır. Bəzi alt paltarları bazarın ən keyfiyyətsiz məhsulu olan naylondan edilir. Neylon maddəli alt paltarlarından uzaq durmalısınız. Həmçinin alt paltarı bədəni tam bürüməməli, bir az daha rahat və komfortlu olmalıdır.

İnsanların ən rahat kökələn bölgələri bel hissəsi olduğu üçün  bel bölgəsi yumşaq rezin olan  alt paltarlarına üstünlük verilir. Xüsusilə tərlətməyən və bədəni havalandıran alt paltarları alınmalıdır.

erkek-giyimi.com