Paylaş

Qarın əzələlərini inkişaf etdirmək, cəlbedici bədən quruluşuna sahib olmaq çox kişinin xəyalıdır. Bir vaxtlar Hülya Avşarla yaşadığı münasibətə görə məşhurlaşan  türk iş adamı Sadettin Saran qarın əzələlərini paylaşdığı fotoşəkil ilə yenidən gündəmə gəlib.

Saranın fitness təlimçisi Ali İhsan Baki keçən günlərdə Instagramda Saranın idman salonunda çəkilmiş bir fotoşəkilini “Sözün bitdiyi yer” notuyla paylaşıb. Məşhur iş adamı bu fotoşəkil ilə ideal bədəni və qarın əzələləriylə yaya hazır olduğunu göstərib.