Paylaş

Top stilist Elnur Həsənov Kishi.az-a Azərbaycan səhnəsinin ən zövqlü müğənnilərindən danışdı.

“Azərbaycan səhnəsində zövqlə geyinən kişi müğənnilər çox azdır. Ancaq mən həmişə deyirəm ki, Azərbaycan səhnəsində Zamiq Hüseynov çox zövqlü geyinir. Çünki səhnədə hər kəs risk etməyi sevmir. Ancaq Zamiq yeganə kişi müğənnidir ki, hər zaman riskli, qeyri-adi geyimlərlə səhnəyə çıxır. Həmçinin Ədalət Şükürov da mənim üçün çox zövqlü kişi müğənnilərdəndir”.