Paylaş

Aparıcı-aktyor Şəhriyar Əbilov 37 yaşına qədər subay qalmasının səbəblərini açıqlayıb.

O, “Bir sevgi tarixçəsi” verilişində həyatındakı sevgilərdən danışıb:

“Uşaq yaşlarımda hara gedirdim, kiməsə vurulurdum. Bağçada çiçəksatan 25 yaşlı qıza aşiq olmuşdum. Hər gün evdən pul götürür, ondan gül alırdım, ürəyimdə deyirdim səni sevirəm. 2005-ci ildə isə mühafizəçi çalışdığım yerin yaxınlığında mağazada bir xanımı sevdim. Onunla 1 il münasibətimiz oldu. Evlənməyə qərar verdik, amma alınmadı. Onu yaxşı tanımamışdım, ayrıldıq. 10 ildir mən heç kimi sevmirəm. Özümdən asılı deyil. Hamı deyir evlən, 40 yaşın olacaq. Mən sevgisiz ailə qurmaq istəmirəm. İnsan ürəyinə yatmadan, valideynlərin istəyi ilə evlənənlər ayrılır”.

Ş.Əbilov həyatında çox xanım olduğunu etiraf edib:

“Subayam, görüşdüyüm xanımlar var. Amma sevmirəm. Bizdə mentalitetə çox önəm verilir. Müasir düşüncə dəyişib. Şalvarlı qız görəndə, dava salardıq. İndi hamının ailəsində şalvar geyinən xanım var. Xanımımın geyim tərzi ifrat dərəcədə olmamalıdır. Mənim iki bacım var, gözüm onların üstündə olub. İstəyirəm xanımım düşüncəli olsun, məsləhət versin, yanımda mənimlə təqdimatlara getsin”.

Axsam.az