Paylaş

Ofisdə iş təkcə kolleqalarınla gözəl münasibət, İnternetdə gəzişmək və müdirdən gizlin kompüter arxasında mürgüləməkdən ibarət deyil. Bu mənfi vərdişlərinə çox asanlıqla qalib gələ bilərsən.

Bəs nə etmək olar ki, ofisdə özünü daha gümrah hiss edə bilərsən?

Kishi Magazine  sənə bunun yollarını yazır. Ofisdə sadə və ucuz vasitələrlə özünü gümrah saxlaya bilərsən. Bunun üçün iş stolunda C vitamini olan meyvə və ya başqa qidalar, yaşıl çay, limon, portağal, adaçayı, cır limon saxlaya bilərsən. Arabir otağın havasını dəyiş ki, daha gümrah olasan. Beyin oksigenlə yaxşı qidalananda yuxuluq aradan qalxır. Əgər işdə başın ağrayır, zəiflik və yorğunluq hiss edirsənsə, ofisə gələn kimi B qrupu vitamin kompleksi qəbul et. İşdə qəhvə və ya enerji gətirən içkilər içmək məsləhətli deyil. Onun yerinə tonusda olmaq üçün limonlu yaşıl çay içə bilərsən. Limon, portağal, adaçayı kimi efir yağları sinir-əsəb sisteminin fəaliyyətini yaxşılaşdıraraq iş qabiliyyətini yüksəldir. Eyni zamanda da antidepressant rolunu da oynayır.

Qeyd edək ki, gündüzləri yuxulu olmağın səbəbi bioritmlərin sıradan çıxması və başqa neqativ faktorlarla əlaqədardır. Bundan da böyük şəhərlərin  əhalisi daha çox əziyyət çəkir. Onunla mübarizə isə asandır: yaşıllıq və təmiz havada gəzmək, gündəlik 7-8 saat normal yuxu yatmaq, rejimə riayət etmək, yatmamışdan əvvəl də ağır yeməklər əvəzinə yüngül salat, kəsmik, kalorisi az olan meyvələr yeyə və qatıq içə bilərsən.

Foxy.az