Paylaş

Müğənni Davud Güloğlunun erməniəsilli həmkarı Hayko Cepkin haqqında dediyi “meymuna oxşayır” sözlərinə görə qarşı tərəfin açdığı məhkəmə prosesi yekunlaşıb.

Axşam.az xəbər verir ki, Hayko məhkəməni udub. Qərara əsasən, D.Güloğlu “təhqir” maddəsi ilə H.Cepkinə 15 min lirə (təxminən 5 min manat) təzminat ödəyəcək. Erməniəsilli ifaçı isə Davuddan 50 min lirə (təxminən 20 min manat) tələb etmişdi.

Xatırladaq ki, Davud Güloğlu verilişlərin birində Hayko Cepkin haqqında “Qorxulu filmdən çıxan meymuna oxşayır. İt, pişik kəsir, ya yox, bəlli deyil. Bu və bunun kimiləri şarlatandır” demişdi.