Paylaş

Los-Ancelesdə Amerikanın “Spike TV” kanalı tərəfindən “Guys’ Choice Awards” mükafatlandırma mərasimi keçirilib.

Kishi.az axşam.az-a istinadən xəbər verir ki, ulduzların iştirakı ilə baş tutan gecədə kişilərin səsverməsi ilə meksikalı aktrisa Salma Hayek “Onilliyin “ən qaynar” qadını” seçilib. Aktrisa bu titula layiq görülməkdən şad olduğunu deyib:

“Bu mükafatı aldığıma görə çox məmnunam. Bir çox aktrisa istəyir ki, 40 yaşlarına qədər onların istedadı qiymətləndirilsin. Gözəllik və seksual görünüş haqda isə fikirləşmirlər. Çox şadam ki, kişilər məni hələ də “ən qaynar” hesab edirlər”.

Qeyd edək ki, mükafatlandırma mərasimində model Hanna Devis “İlin qadını”, aktyor Teradci Pi Henson isə “Jan-Klod Van Damm kimi döyüşkən” titulunu alıblar.