Paylaş

ABŞ-da 88-ci “Oskar” mükafatının təqdimat mərasimi keçirilib. Kino tədbiri bir sıra maraqlı məqamlarla yadda qalıb. Məsələn, “Dəlisov Maks: Qəzəb yolu” filmi 6 nominasiyada, “Sağ qalmış” filmi isə 3 nominasiyada mükafata layiq görülüb. Bu haqda Kishi.az-la fikirlərini bölüşən kinoprodüsser, rejissor Fehruz Şamıyev seçimlərin düzgün olmadığını bildirdi.

“Sağ qalmış” (The Revenant) filmindən danışsaq, mən düşünürəm ki, “ən yaxşı kişi aktyor” nominasiyasına görə “Oskar”ı başqası da ala bilərdi. “Ən yaxşı rejissor” isə ola bilsin ki, Alehandro Qonsales İnyarittu layiq idi, ancaq onun bundan yaxşı filmləri olub. İndiki seçimi tam olaraq düzgün hesab etmirəm. Amma bu film“ən yaxşı operator işi”nə görə də mükafat alıb. Məncə, akademiyanın ən düzgün seçimi elə bu idi. İkinci tərəfdən, mən gözləyirdim ki, “Dəlisov Maks” filmi orada olsun. Düzdür, bu filmdə bir az fantastik elementlər çoxdur. Əsas mükafatlar yox, ancaq ən yaxşı qrim məsələlərinə, ən yaxşı qrafika işlərinə görə mükafat alıb. Ancaq rejissor işinə görə çox heyif mükafat almayıb”.