Paylaş

Köhnə stullarınızı örtüyünü dəyişərək yeniləyə bilərsiniz.

Oturacaqlarınız köhnəlibsə ya da görüntüsündən sıxılmısınızsa örtüyünü dəyişərək oturacaqlarınıza yeni görkəm qazandıra bilərsiniz.

Yeniləmək üçün evinizdəki ləvazimatlar bəs edəcək.

Materiallar:

  • Yeniləməyi düşündüyünüz stul
  • Örtük üçün parça
  • Sumbata
  • Vintaçan
  • Qayçı
  • Döşəmə stepleri

Oturacağın yerindəki mismarları boşaldın və kəlbətinin köməyilə mismarları çıxarın. Beləliklə, oturma yeri ilə kürsü bir-birindən aralanacaq. Kürək hissəsində də eyni əməliyyatı tətbiq edib, örütüyü sökün.

Kürək və oturacaq hissələrini çıxartdıqdan sonra stulun skleti qalacaq. Skeleti nəm bezlə silin.

Stulun skeletini sildikdən sonra steplerləyin. Əgər çuxur və ya boşluq varsa onları doldurub sonra yenidən steplerlə bərkidə bilərsiniz.

Bu əməliyyat bitdikdən sonra skeleti astar boya ilə boyaya bilərsiniz. Boya üzlük quruyunca stulu istədiyiniz rəngdə iki qat rəngləyib qurumasını gözləyin.

Bununla yanaşı döşək və kürək hissəsini də düzəldə bilərsiniz. Stulun oturma hissəsini kartonun üzərinə qoyun, ətrafına izlər qoyun. Kürək hissəsinə də eynisini tətbiq edin. Ancaq bu kartonu kəsərkən ətrafında 3 sm boşluq saxlamağı unutmayın.

Kəsdiyiniz kartonu döşəmə üçün istifadə edəcəyiniz parçanın üzərinə qoyaraq buraxdığınız 3sm-i də nəzərə alaraq kəsin.

Kəsdiyiniz parça stulun oturma və kürək qisminə döşəmə stepleri ilə bərkidin.