Paylaş

Kanadalı müğənni Castin Biber fanatları ilə bağlı özünə yeni qadağa qoyub.

Biber bundan sonra daha fanatlarıyla şəkil çəkdirməyəcək.

22 yaşlı müğənninin sözlərinə görə, o, buna görə artıq özünü zooparkdakı heyvanlar kimi hiss edir: “İnsanlar şəkil çəkdirmək xahişini nəinki etmirlər, heç salam da vermirlər. Başa düşürəm ki, insanlar məndən bu qərarıma görə inciyəcəklər. Lakin bilsinlər ki, mənim heç kimə şəkil borcum yoxdur. Həqiqətən də mənim yerimdə olsaydılar, bunun nə qədər maraqsız olduğunu anlayardılar”, – deyə C. Biber söyləyib.

“Qafqazinfo”