Paylaş

İsveçrəli alimlər bizim çoxumuza aydın olan bir faktı sübut ediblər – bir stəkan pivə içməklə insanlar daha unsiyyətcil olur
Basel Universitetinin xəstəxanasında yerləşən alimlər qrupu 60 sağlam adama spirtli və spirtsiz pivə ilə test etdilər. Yoxlamada iştirak edən qadın və kişilərin sayı bərabər olub.
Onlar, üz tanıma, şəfqət göstərmə və cinsi ehtiras testləri daxil olmaqla, bir neçə tapşırğı yerinə yetiriblər.
Baş tədqiqatçının bildirdiyinə görə, bu sahədə həyata keçirilən araşdırmaların sayı çox az olub.
Profesor Matthias Liechti izah edib ki, “çox insan pivə içib və şəxsi təcrübələrindən pivənin təsirini bilsə də, pivənin emosional və ictimai məlumatın emalına təsiri barədə təəccüblü dərəcədə az elmi məlumatlar var”.
Spirtli pivə içən qrupda, xüsusilə qadınlarda və daha az ünsiyyətcil şəxslərdə, başqaları ilə xoş, söhbətcil və açıq mühitdə olmaq istəyi artdı.
Xoşbəxt üzləri daha tez tanımaqdan savayı, pivə həm də iştirakçıların, xüsusilə də daha az şəfqətli şəxslərin emosional şəfqətini artırdı.

Cinsi ehtirasa təsir?

İştirakçılara pornoqrafik şəkillər də göstərilmişdi.

Spirtsiz pivə içdikdən sonra iştirakçılar bu şəkilləri neytral şəkillərlə müqayisədə daha az bəyənirdilər, amma spirtli pivə içdikdən sonra onları daha xoş saydılar. Bu dəyişiklik xüsusən qadın iştirakçılarda müşahidə olunub, amma tədqiqatçılar bu halda cinsi ehtirasın artmadığını vurğulayır.
Araşdırma barədə ENCP elmi proqram komitəsinin sabiq sədri Profesor Wim van den Brink deyib: “Bu maraqlı araşdırma adi bir hikməti təsdiqləyir: spirtin sosial sürtkü olduğunu, ölçülü şəkildə qəbul olunduqda spirti içkinin cinsi əlaqələrdə insanların xoşbəxtliyini … və həvəsini artırdığını göstərir.”

O, həmçinin izah edib ki, spirtlə əlaqədar hislərin araşdırmadakı təzahürü, real həyatla heç də həmişə üst-üstə gəlmir.
Araşdırmanın nəticələri “Psychopharmacology” adlı jurnalda dərc olunur.

bbc.com